ANAMA və AFFA-nın təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib

ANAMA və AFFA-nın təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib.

"Report"un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunun minifutbol meydançalarından birində baş tutub.

"Minalara yox deyək" şüarı altında təşkil olunan matçda Azərbaycanın amputant millisinin üzvləri, Vətən müharibəsi və Aprel döyüşləri iştirakçıları, həmçinin, digər şəxslər iştirak ediblər.

Oyunu ANAMA-nın sədri Vüqar Süleymanov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld izləyiblər.

Şərti olaraq "ağlar" və "göylər"ə bölünmüş iki komanda arasındakı matç maraqlı mübarizə şəraitində gerçəkləşib. "Ağlar" ilk dəqiqələrdə təşəbbüsü ələ alıblar. Komanda ardıcıl iki dəfə fərqlənməyə müvəffəq olub. Daha sonra "Göylər" fərqi azaltsa da, qapılarında daha iki qol görüblər.

Birinci hissə "ağlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci yarıda "göylər" fərqi azaltsalar, da məğlubiyyətdən qaça bilməyiblər - 4:2.

Yekunda futbolçulara xatirə hədiyyələri təqdim edilib.

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb

Futbol
Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib