"Barselona" Messini qaytara bilmək üçün böyük sponsorlar axtarır

"Barselona" Messini qaytara bilmək üçün böyük sponsorlar axtarır

İspaniya "Barselona"sı cari mövsümün sonunda Fransanın PSJ komandası ilə müqaviləsi başa çatacaq Lionel Messinin qayıdışını maliyyələşdirmək üçün böyük sponsorlar axtarır.

"Report"un məlumatına görə, bu barədə ispaniyalı jurnalist Jerar Romero özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, klub rəhbərliyi argentinalı superulduzun geri dönməsinə maliyyə baxımından kömək edəcək əsas investorlarla müqavilələr üzərində işləyir.

İddiaya görə, sponsor tapılmasa, maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi praktiki olaraq bu keçidi reallaşdıra bilməyəcək. Həm Messi, həm də "Barselona" rəhbərliyi transferin baş tutacağı ilə bağlı nikbindir.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. 36 yaşlı hücumçu bu mövsüm Fransa çempionatında 23 matçda 13 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
Ronaldunun "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub

Ronaldunun "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub

Futbol
Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Futbol
Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib