Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

"Həssas günlər yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Futbolçularımız da günlərdir fərqli hisslər keçirir".

"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII turunun açılış oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqibin qarşısını almağa çalışdıqlarını bildirib: "Sabah"ın gücü hamıya bəllidir. Matça yaxşı başlaya bilmədik. Buraxılan qollar və qırmızı vərəqədən sonra oyun planımız pozuldu. Rəqib də bundan istifadə etdi. İkinci hissədə futbolçularım həqiqətən yaxşı mübarizə apardılar, qol vurduq. Bəlkə də gücümüz qalsaydı, ikinci dəfə fərqlənə bilərdik. Bizə belə oyunlar lazımdır. Gənc futbolçular var, belə matçlarda inkişaf edəcəklər. Çempionatda fasilə yaranacaq. Gələn ay sıx qrafikdir. Səhv etmirəmsə, beş oyun olacaq. Bu fasilədən səmərəli istifadə edib hazırlaşacağıq".

O, "Sabah"ın meydana ciddi itkilərlə çıxdığını xatırladıb: "Rəqib haqqında çox danışmayım. Realist olmaq lazımdır, futbolçularımız hücumların qarşısını ala bilirdilər. Aleksey Kaşuk və Boyan Letiç cinahlarda yaxşıdırlar. Onları saxlaya bilsəydik, təhlükə yox idi. Amma yenə də ustalıq öz sözünü dedi. Mövsüm uzundur. Gələn oyunlarda xal qazanmağa çalışacağıq".

Abbasov Şakir Seyidovun qırmızı vərəqə almasına da toxunub: "Gənc futbolçudur. Müqavilə ilə "Sabah"a məxsusdur. Özünü komandası ilə matça xüsusi hazırlamışdı. Qırmızı vərəqə alması da ondan qaynaqlanır. İnanıram ki, gələcəkdə belə səhvlər olmayacaq. Nizam-intizamla bağlı bir şey olsaydı, bizi narahat edərdi. VAR sisteminin gəlişi ilə çempionatlarda qırmızı vərəqələrin, penaltilərin sayı çoxalıb. Bir az ehtiyatlı olmalı idik. Çünki, "Sabah"a qarşı 10 nəfərlə oynamaq çox çətindir".

Baş məşqçi komandada arxayınlıq olmadığını söyləyib: "Futbolçuların məşqdəki və oyundakı istəkləri də bunu göstərir. Onlara bildirmişəm ki, biz hələ heç nə etməmişik. Öz gücünüzə yaxın komandalara qalib gəlmək yaxşıdır. Bu matçlarda xal ehtiyatımızı artırdıq. Bu, futbolçuların inkişafı üçün vacibdir. Çünki, məğlub olanda psixoloji durum yaxşı olmur".

Mütəxəssis oyunda VAR sisteminə görə uzun fasilələrin olduğunu vurğulayıb: "Hakimlər sanki, qərar verə bilmirlər. Görürük ki, Avropada bunu daha tez edirlər. Yəqin, yenidir, ona görə belə olur. İlk hissədə görüş 10 dəqiqə dayandı. İkinci yarıda epizodlar oldu ki, sarı vərəqə verilmədi".

Abasov qapıda təcrübəli Kamal Bayramova deyil, gənc Tərlan Əhmədliyə şans verməsini isə bu cür izah edib: "Kamala böyük inamımız var. O, bizim kapitanlarımızdandır. Mövsüm ərzində şans verəcəyik. Tərlan və Kamalın komandada olması böyük üstünlükdür. Çünki, qapı xəttində rahatıq".

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

Futbol
FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib