Azərbaycan Triatlon Federasiyasına yeni prezidenti seçilib

Azərbaycan Triatlon Federasiyasına yeni prezidenti seçilib

Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Federasiyanın iki gün öncə istefa vermiş prezidenti Elçin Əliyev hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.

Sonra federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Ardınca yeni seçki keçirilib. “FF Group” Şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Fəxri Əkbərov və Adilə Süleymanova federasiya İdarə Heyətinə yeni üzv seçiliblər.

Qeyd edək ki, Fərhadzadə 2022-ci ildə İtaliyada keçirilmiş beynəlxalq yarışda uğurla çıxış edərək "Dəmir adam" (“Full İronman”) titulunu qazanıb. Yeni seçilmiş federasiya prezidenti çıxış edərək bildirib ki, bundan sonra bu idman növünün inkişafı üçün əlindən gələni edəcək. O, həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib