Ralf Ranqnik: "Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik"

Ralf Ranqnik: "Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik"

"İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik".

"Report"un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib: "Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik".

O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi 3 cavabsız qolla məğlub etməsinə də toxunub: "Qırmızı şeytanlar"ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb