Şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb

Şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb

Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Gəncədə keçirilən şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb.

AVF-dən “QELEBE.AZ”a verilən məlumata görə, bu gün idmançılar qrup ötüşməsində güclərini sınayıblar.

30 velosipedçinin qatıldığı mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar Gəncədə təyin olunmuş marşrut üzrə 5 dairəni tamamladıqdan sonra dağ yolları ilə ümumilikdə 72 km, yeniyetmə oğlanlar və qadınlar isə startdan sonra birbaşa dağ yolları ilə 42 km məsafə qət edərək Hacıkənd qəsəbəsində finiş xəttini keçiblər.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Mikayıl Səfərli (ROEQİUGVM, 01:19:35) bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Əli Qurbanov (Sakarya BB Pro Team, 02:00:44) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 02:01:01) isə üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində ən yaxşı nəticəyə Artyom Proskuryakov (Təhsil RİM, 01:23:56) imza ataraq qızıl medal qazanıb. Ravi Rzayev (ROEQİUGVM, 01:26:04) gümüş, Rəşad Əliyev (Təhsil RİM, 01:31:52) bürünc medala sahib olublar.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 01:38:32) birinci yerə layiq görülüb. Onun ən yaxın izləyicisi Ayan Məmmədzadə (Təhsil RİM, 01:39:17) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 01:39:45) isə üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Federasiya Kubokunun birinci mərhələsinin ilk günündə velosipedçilər kriterium yarışında mübarizə aparıblar.

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub