Azərbaycan hakimləri Avropa çempionatının elit-raunduna təyinat alıblar
Azərbaycanın FIFA hakimləri 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas referi Elçin Məsiyev və köməkçi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun matçlarında iş başında olacaqlar.
Qeyd edək ki, həmin qrupda İsrail, Polşa, Serbiya və Latviya milliləri mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-hakimleri-avropa-chempionatinin-elit-raunduna-teyinat-aliblar.webp











