Futbol klubunun avtobusu qəzaya düşüb, klubun idman direktoru xəsarət alıb - YENİLƏNİB
Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və "Mingəçevir" klubunun idman direktoru Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.
Peşəkar Futbol Liqasından (PFL) “Report”a verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.
Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

https://qelebe.az//uploads/photo/futbol-klubunun-avtobusu-qezaya-dushub-klubun-idman-direktoru-xesaret-alib-yenilenib.webp











