Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

"Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk hissənin bir az çətin keçdiyini bildirib: "Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və "Şamaxı"ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər".

Qurbanov Avropa Liqasındakı təqvimləri barədə danışıb: "Bunları normal qarşılayıram. Sonda hər rəqiblə oynamalıyıq. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar".

Təcrübəli baş məşqçi bütün turnirlərdə maksimum nəticə göstərmək istədiklərini vurğulayıb: "UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün şansımız var idi. Amma alınmadı və ruhdan düşmürük. UEFA Avropa Liqasında öz istədiklərimizi həyata keçirmək niyyətindəyik. Əvvəl də belə komandalara qarşı oynamışıq. Qrupdan çıxmaq üçün şansımız da var. Amma rəqiblər də iddialıdır. Bəlkə onlar da bizimlə düşdükləri üçün sevinirlər".

Mütəxəssis komandadakı ab-hava haqqında fikirlərini bölüşüb: "Baş verənləri geridə qoymaq istəyirik. Çempionlar Liqasının pley-offunda "Viktoriya"ya uduzduğumuz üçün məyus olmuşuq. Futbolçular həmin matçdan sonra təsirləniblər. Bizim üçün hər matç sanki pley-off idi. Futbolçular qalib gəlmək üçün əziyyət çəkmişdilər. Amma yolun bir addımlığında dayandıq. Bu, futbolun yazılmamış qanunlarıdır. Bunu yaşamaq oyunçunu daha da böyüdür və inkişaf etdirir. Tez toparlanıb irəli baxmaq lazımdır".

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb