Azərbaycan Cüdo Federasiyası daha 36 idman təşkilatına lisenziya təqdim edib

Azərbaycan Cüdo Federasiyası daha 36 idman təşkilatına lisenziya təqdim edib

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesinə davam edir.

ACF-dən "Report"a verilən məlumata görə, qurumun lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən, 36 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib.

Həmin idman təşkilatları tələb edilən sənədlər paketini tam şəkildə təqdim edib və qaydalarda müəyyən edilən meyarlara uyğun olduqları müəyyən olunub.

Lisenziyaların təqdim edilməsi mərasiminə qatılan ACF prezidentinin müşaviri Natiq Bağırov lisenziya alan idman təşkilatlarını təbrik edib və bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanın bütün regionlarında cüdonun hərtərəfli inkişafına töhfə verməkdir. Həmçinin o bildirib ki, məşqçilər peşəkar səviyyələrini artırmaq üçün ACF-in keçirdiyi seminarlarda və təlimlərdə fəal iştirak etməlidirlər.

Qurumun idman direktoru Kamran Talıbov lisenziyalaşdırma prosesində idman təşkilatlarına göstərdiyi dəstəkdən danışıb: "Bura lisenziyalaşdırma kriteriyalarında qeyd edilən infrastruktur tələblərinin qarşılanması məqsədilə klubların maddi texniki bazasının gücləndirilməsinə dəstək, kadr tələblərinin qarşılanması məqsədilə məşqçilərin və köməkçilərinin peşəkar inkişaf təlimlərinə cəlb edilməsi və sair məsələlər aiddir. Lisenziya alan idman təşkilatları fəaliyyətlərini qaydalara uyğun qurmalıdırlar. Növbəti mərhələlərdə ACF məşqçilərin və idmançıların lisenziyalaşdırılmasını həyata keçirəcək".

Mərasimdə iştirak edən ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə bildirib ki, artıq ölkədə cüdo yeni inkişaf mərhələsinə keçib və federasiya bu istiqamətdə mühüm işlər görməkdədir. Həmçinin, o klubları fəaliyyətlərinə daha məsuliyyətli yanaşmağa və peşəkar idmançıların yetişdirilməsinə töhfə verməyə çağırıb.

Görüş zamanı qeyd olunub ki, lisenziya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa, federasiya lisenziyaların geri çağırılması hüququna malikdir.

Daha sonra idman təşkilatlarına müvafiq lisenziyalar təqdim olunub.

Qeyd edək ki, ACF-in İcraiyyə Komitəsinin 2022-ci ilin avqustunda təsdiq etdiyi "İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar"a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. İlkin mərhələdə ötən il 21 idman təşkilatına lisenziya verilib. Beləliklə, hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 57-dir.

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib