Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsi məqsədi ilə Azərbaycanın sədrliyində Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti iclası keçirilib.

AMADA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yerli qurumun direktoru, GECA-nın rəhbəri Şəfəq Hüseynlinin sədrlik etdiyi yığıncaqda Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya Komitəsi (IOC), UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes) və Avropa Şurası katibliyinin nümayəndələri və gender bərabərliyi üzrə ekspertlər iştirak edib.

İclasda komitənin indiyədək olan fəaliyyəti, görülən işlər və qarşıdan gələn dövr üçün atılacaq addımlar müzakirə olunub.

GECA üzvləri Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası ilə bağlı ətraflı məruzə edib. Bildirilib ki, layihənin icrasının birinci mərhələsi Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlilindən ibarətdir. Həmin sənədlərin siyahısı artıq hazırdır və buna uyğun işlər aparılır.

AMADA-nın direktoru bununla bağlı konkret iş bölgüsünü həyata keçirib və ilin sonunadək layihənin birinci mərhələsinin yekunlaşdırılması üçün müvafiq tapşırıqlarını verib. Ş.Hüseynli əlavə edib ki, gələn ilin əvvəlindən isə layihənin icrasının ikinci mərhələsinə - milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilməsinə başlanılacaq və bununla bağlı da müvafiq hazırlıq işləri görülməlidir.

Komitənin fəaliyyət istiqamətləri haqqında da danışan Ş.Hüseynli bildirib ki, antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması, həmçinin, dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınması əsas prioritetlərdir. Bu mövzuda çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi təmsil etdiyi qurumun gender bərabərliyi məsələsinə çox həssas yanaşdığını, bu baxımdan GECA-nın fəaliyyətini dəstəklədiklərini və bununla bağlı öz təcrübələrini bölüşməyə hazır olduqlarını vurğulayıb.

İclasda digər təşkilat və ölkələrin nümayəndələri də layihənin birinci mərhələsinin icrası ilə bağlı öz təkliflərini irəli sürüb.

Təklifləri məqbul hesab edən Ş.Hüseynli bildirib ki, komitənin növbəti iclası bu ilin noyabrında keçiriləcək. Həmin iclasda Avropa Şurası Nazirlər Komitəsinə təqdim etmək üçün layihənin icrasının birinci mərhələsi ilə bağlı hesabat hazırlanacaq.

Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsi – GECA “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini dəstəkləmək və icra etmək məqsədi ilə yaradılıb. Bu barədə Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) ötən ilin noyabrında keçirilən 55-ci iclasında qərar verilib. Beynəlxalq səviyyədə böyük marağa səbəb olan və Avropa Şurası Nazirlər Komitəsinin dəstəklədiyi layihə CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib. Komitənin fəaliyyətinin və layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Fərdi
Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"

Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Fərdi
Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”