“Beşiktaş”dan qələbə, “Çorum”dan darmadağın
Türkiyə Super Liqasında VII turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Kocaelispor”u qəbul edib.
İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Orkun Kökçü hesabı açıb. Qonaqlardan Şou 27-ci dəqiqədə bərabərliyi təmin etsə də, 31-ci dəqiqədə Duşan Vlahoviç penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.
Günün digər qarşılaşmasında “Çorum” səfərdə “Qaziantep”i 3:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində 37-ci dəqiqədə Cengiz Ünder, 60-cı dəqiqədə Kiziridis və 83-cü dəqiqədə Karlsbakk fərqləniblər.
“Konyaspor” – “Başakşəhər” görüşündə isə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qalatasaray” “Kasımpaşa”nı 3:1, “Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/beshiktashdan-qelebe-chorumdan-darmadagin.webp