U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA

U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA

AFFA tərəfindən yeni inşa edilən Hövsan Yarış Kompleksinə jurnalistlər üçün mediatur təşkil olunub.

QELEBE.AZ xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələrinə Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalının əsas məkanlarından biri təqdim edilib.

Jurnalistlər kompleksdə yaradılan şəraitlə tanış olub, infrastruktur və yarışa hazırlıq prosesi barədə məlumat alıblar.

Hazırda kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşmanın burada yerləşən 10 futbol meydançasında keçirilməsi planlaşdırılır.

Yeni kompleksin dünya çempionatından sonra Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcəyi gözlənilir.

Qeyd edək ki, Bakı oktyabrın 22–30-da FIFA-nın ilk dəfə təşkil etdiyi U-15 dünya çempionatı və festivalına ev sahibliyi edəcək. Yarışda 190-a yaxın ölkədən 4 minə yaxın futbolçu, məşqçi və rəsminin iştirakı gözlənilir. Oyunların böyük hissəsi Hövsan Yarış Kompleksində, açılış və final qarşılaşmaları isə Bakı Kristal Zalında keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi turnirin AF qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

Foto - İlkin Nəbiyev © APA GROUP