Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümündə I təsnifat mərhələsinin təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mərhələnin bütün görüşləri PFL-in “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

7 oktyabr (çərşənbə)

“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev 
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30

“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev 
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30

8 oktyabr (cümə axşamı)

“Difai” – “Zəngəzur”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Namiq Əliyev
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00

“Marafon” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev
Hakim-inspektor: Anar Salmanov 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Marafon Arena”, 14:30

“Şirvan” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şirvan OİK stadionu, 14:30

9 oktyabr (cümə)

“Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov 
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Ağdaş şəhər stadionu, 14:30