Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
Bakıda keçirilən "Formula-1" üzrə 10-cu, yubiley Azərbaycan Qran-prisi bir sıra rekord göstəricilərlə yadda qalıb.
QELEBE.AZ xəbər verir ki, yarışa 120-dən çox ölkədən azarkeş gəlib, 17 mindən çox xarici fanat Qran-prini tribunadan izləyib.
Satışa çıxarılan bütün biletlər satılıb və dörd gün ərzində 92 minə yaxın ziyarət qeydə alınıb.
Bakı Bulvarındakı Fan Zone-u hər gün 25 mindən çox azarkeş ziyarət edib, iki gün ərzində keçirilən konsertləri isə 40 minə yaxın tamaşaçı izləyib. Qran-prini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, yarış 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanıb.
İdman baxımından da yubiley Qran-prisi gərgin mübarizə və gözlənilməz nəticələrlə yadda qalıb. Corc Rassell Bakı Şəhər Halqasında qalib gələn səkkizinci fərqli pilot olub. Serxio Peres və Maks Ferstappen Bakıda iki dəfə, digər qaliblər isə bir dəfə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

https://qelebe.az//uploads/photo/azerbaycan-qran-prisi-rekordlarla-yadda-qalib-foto.webp