“Kəpəz” I Liqa klubu ilə üz-üzə gəlib

“Kəpəz” I Liqa klubu ilə üz-üzə gəlib

Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, komanda I Liqada çıxış edən "Gəncəbasar"la üz-üzə gəlib.

Gəncə şəhər stadionunun məşq mərkəzində baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 7 xalla yeddinci, "Gəncəbasar" I Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.