Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
"Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-futbol-uzre-u-20-millisinin-heyetinde-deyishiklik-bash-verib.webp