Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı

Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Cud Bellingemin gələcəkdə komandanın daimi kapitanı ola biləcəyini bildirib.

QELEBE.AZ xəbər verir ki, almaniyalı mütəxəssis “Real”ın yarımmüdafiəçisinin Çexiya ilə UEFA Millətlər Liqasındakı oyunun sonlarında kapitan sarğısını daşımasına diqqət çəkib.

“Bellingem gələcəkdə millinin kapitanı ola bilərmi? Bəli. Əgər o, belə matçların sonunda kapitan sarğısını daşıyırsa, əlbəttə, daimi kapitan da ola bilər”, – deyə Tuxel bildirib.

İngiltərə həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bellingem Çexiya ilə qarşılaşmanın 71-ci dəqiqəsində Harri Keyni əvəzləyib və kapitan sarğısını ondan təhvil alıb.