“Turan” İtaliya klubu ilə qarşılaşacaq
CEV Çempionlar Liqasında Azərbaycanı təmsil etməyə hazırlaşan “Turan” voleybol komandası İtaliyadakı təlim-məşq toplanışını davam etdirir.
QELEBE.AZ xəbər verir ki, təmsilçimiz hazırlıq planına uyğun olaraq növbəti yoxlama görüşündə İtaliyanın “Consolini Volley 1907” klubu ilə gücünü sınayacaq.
Qarşılaşma sentyabrın 23-də İtaliyanın Rikkione şəhərindəki “Fontanelle Gym” idman zalında keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
Bu yoxlama oyunu “Turan”ın yeni mövsümə və Avropa arenasında gözlənilən vacib avrokubok qarşılaşmalarına hazırlıq mərhələsində növbəti ciddi sınaq xarakteri daşıyır.

https://qelebe.az//uploads/photo/turan-italiya-klubu-ile-qarshilashacaq.webp