Ayxan Abbasov: “Növbəti mövsüm iddialı olub-olmayacağımız sual altındadır”

Ayxan Abbasov: “Növbəti mövsüm iddialı olub-olmayacağımız sual altındadır”

“Növbəti mövsüm iddialı olub-olmayacağımız sual altındadır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Zirə”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis iddialı klub yaratmaq üçün böyük maliyyə dəstəyinin vacib olduğunu bildirib: “Çempionatda iddialı olmaq böyük büdcə tələb edir. 5-6 komanda var ki, yüksək yerlərə iddia edirlər. Bu gün onlarla mübarizə aparmağımız real deyil. Ancaq gələn mövsüm builkindən də yaxşı olmağa çalışacağıq. Növbəti mövsüm daha çətin oyunlar olacaq. Rəhbərliklə danışıqlar gedir. Ümid edirəm ki, lazımi addımları atacağıq. İlk olaraq büdcə məlum olmalıdır ki, ondan sonra qarşımıza məqsəd qoyaq”.

Baş məşqçi “Zirə” ilə matçı da dəyərləndirib. O, rəqibin səviyyədə onları üstələdiyini etiraf edib: “Maraqlı idi ki, yuxarı pillələrdəki komandalarla mübarizə apara bilərik, ya yox. Fərq bir daha hiss olundu. İddialı komandaların ustalıq səviyyəsi yüksəkdir. “Zirə” lazım olan dəqiqələrdə qol vurdu. Oyundan narazılığım yoxdur. Bütün görüş boyu bizim üstünlüyümüz oldu. Qol epizodları yaratdıq. Eyni zamanda ucuz səhvlərə yol verdik. Matçın ən kritik anında standart vəziyyətdən top buraxdıq. Bu da “Zirə”yə üstünlük gətirdi”.

“Turan Tovuz” “Zirə”yə qalib gələcəyi təqdirdə, 4-cü pillədəki rəqiblə aradakı xal fərqini azaldacaqdı. Abbasov ikinci dəfədir belə halla üzləşdiklərini xatırladıb: “Belə oyunlarda futbolçuların ustalığı ön plana çıxır. Biz də istərdik ki, şansımız olsun, çempionat daha maraqlı keçsin. Amma bu mövsüm məqsədlərimiz başqadır. Avrokuboka vəsiqə qazansaq, daha yaxşı olar. Alınmasa belə, bunu böyük itki saymayacağıq. Çünki qarşımıza belə məqsəd qoymamışıq”.

Tovuz klubunun baş məşqçisi “iddiasız klubda çalışmaq motivasiya baxımından çətin deyil”, - sualını belə cavablandırıb: “Bəzən sual verirlər ki, niyə avrokuboklara iddia etmirsiniz? Həqiqətləri demək lazımdır. Elə klub var ki, onun şəraiti, büdcəsi iddialı olmağı tələb edir. Bəzi komandalar da iddialılarla mübarizə aparmalıdırlar. Kim deyir ki, motivasiyamız yoxdur? Avrokuboklara vəsiqə hədəfi qoymamışıqsa, o deməkdir ki, oyunlara uduzmaq üçün çıxırıq? 20 komandalı çempionatlar var. Belə çıxır, onlarda ilk “5-lik”dən aşağıdakılar desinlər ki, biz oynamırıq? Bu cür müqayisə aparmaq düzgün deyil. İndi bölgələrə futbolun qayıtmağının maraq baxımından effektini görürük. Hazır olanda biz də qarşımıza avrokuboka vəsiqə hədəfi qoyacağıq”.

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər