Xizəkçimiz FIS Kontinental Kubokuna vəsiqə qazanıb

Xizəkçimiz FIS Kontinental Kubokuna vəsiqə qazanıb

Çexiyanın Frenştat pod Radhoştem şəhərində xizək alpinizmi üzrə FIS Kuboku keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı Zahit Cəfərov təmsil edib.

O, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.

İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.