Qelebə.az / Xizəkçimiz FIS Kontinental Kubokuna vəsiqə qazanıb

Xizəkçimiz FIS Kontinental Kubokuna vəsiqə qazanıb

Bu gün, 16:38

Çexiyanın Frenştat pod Radhoştem şəhərində xizək alpinizmi üzrə FIS Kuboku keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı Zahit Cəfərov təmsil edib.

O, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.

İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.

Geri qayıt