Kadi Borges: “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi”

Kadi Borges: “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi”

“Bu mövsüm “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi”.

“Report” xəbər verir ki, bunu qış fasiləsində “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges “metaratings.ru” saytına müsahibəsində deyib.

Yeni komandası ilə 3,5 illik müqavilə imzalayan braziliyalı yarımmüdafiəçi “Krasnodar” variantının 2022-ci ilin sonlarında yarandığını bildirib: “Ötən ilin sonunda tətil başlamazdan bir həftə əvvəl “Krasnodar”ın mənimlə maraqlandığını bildim. Adətən transfer işi ilə menecerim məşğul olur. Variant yaranmazdan 3 ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Bu üzdən “Krasnodar”ın tələb olunan təzminatı ödəyəcəyinə inanmırdım. Amma klubun mənə qarşı münasibətini gördükdə agentə bu təklifi qəbul etmək istədiyimi bildirdim”.

Hələ “Qarabağ”la yeni sözləşmə bağlamazdan əvvəl Rusiya klublarından təkliflər aldığını etiraf edən 26 yaşlı hücumameyilli oyunçu vaxtilə orada çıxış etmiş azərbaycanlı futbolçularla məsləhətləşdiyini sözlərinə əlavə edib: “Təklif gələndə onlarla danışdım, klub və infrastrukturla bağlı suallar verdim. Çünki özüm yalnız oyunlara baxa bilirdim. “Krasnodar” barədə çox məlumatım yox idi. “Qarabağ”dakı komanda yoldaşlarımın cavabları seçimimi müəyyənləşdirdi”.

Braziliyalı futbolçu Bakı barədə də xoş fikirlər səsləndirib: “İl yarım Bakıda yaşadım, oranı çox bəyəndim. Bakı yaşamaq üçün çox gözəl şəhərdi”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub.

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirin qalibi bəlli olacaq

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
"Qarabağ" komandası 3 rekorda imza atıb

"Qarabağ" komandası 3 rekorda imza atıb

Futbol
Almaniyalı futbolçu "Səbail" komandası ilə matçda ciddi zədə alıb

Almaniyalı futbolçu "Səbail" komandası ilə matçda ciddi zədə alıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb