Tariyel Yusifzadə yenidən "Gəncə"də

Tariyel Yusifzadə yenidən "Gəncə"də

"Gəncə" daha bir yerli basketbolçu ilə müqavilə bağlayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tariyel Yusifzadə ilə qarşıdakı mövsümün sonuna kimi anlaşma imzalanıb. 

Basketbolçu 2023-2024-cü illərdə keçirilən çempionatda da "sarı-göy" formanı geyinib. O, Gəncə təmsilçisində 16 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümü "Ordu"da keçirən hücumçu 18 və 20 yaşlılardan ibarət yığmalarımızın da şərəfini qoruyub.