“Yunayted”in qolkiperi Çempionşipdə
“Midlsbro” Çexiya millisinin qapıçısı Radek Vitekin transferini rəsmən açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, 22 yaşlı qolkiper “Mançester Yunayted”dən Çempionşip təmsilçisinə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vitek ötən mövsüm icarə əsasında “Bristol Siti”də çıxış edib. O, bütün turnirlərdə 41 matçda meydana çıxıb, 54 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

https://qelebe.az//uploads/photo/yunaytedin-qolkiperi-chempionshipde.webp