İspaniya millisinin üzvü "Bornmut"da - RƏSMİ
İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sevilya”dan Xuanlu Sançesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bornmut” 22 yaşlı sağ cinah müdafiəçisi üçün qarşı tərəfə 11,1 milyon funt sterlinq ödəyib.
İspaniyalı futbolçu “Sevilya”nın əsas komandasında 100-dən çox oyun keçirib. O, həmçinin Çempionlar Liqasında 6 matçda meydana çıxıb.
Qeyd edək ki, müdafiəçi 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında İspaniya millisinin heyətində qızıl medal qazanıb.

https://qelebe.az//uploads/photo/ispaniya-millisinin-uzvu-quotbornmutquotda-resmi.webp