"Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
İngiltərənin "Arsenal" klubu "Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayeşin transferini yekunlaşdırmağa yaxındır.
QELEBE.AZ xəbər verir ki, bu barədə Fransanın "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi 28 yaşlı futbolçunun keçidi üçün "Nyukasl"la 90 milyon avro qarşılığında razılıq əldə edib.
Hazırda tərəflər bonuslar və komissiyalarla bağlı son detalları müzakirə edirlər.
Qeyd edək ki, Bruno Gimarayeş karyerası ərzində 381 rəsmi oyunda 44 qol vurub və 45 məhsuldar ötürmə verib.
Braziliya millisinin üzvü 2022-ci ildən "Nyukasl"ın formasını geyinir.

https://qelebe.az//uploads/photo/quotarsenalquotdan-90-milyon-avroluq-transfer-quotnyukaslquotin-ulduzu-yoldadir.webp