64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
FİFA dünya çempionatının iştirakçı sayının 64 komandaya çatdırılması ilə bağlı araşdırmaya başlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin xəbərinə görə, qurum hazırda turnirin daha da genişləndirilməsi ehtimalını qiymətləndirir.
Araşdırmanın nəticəsindən sonra məsələ FİFA rəhbərliyi tərəfindən müzakirəyə çıxarıla bilər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilib.
Daha əvvəl mundialın final mərhələsində 32 yığma mübarizə aparırdı.

https://qelebe.az//uploads/photo/64-komandali-dunya-chempionati-fifa-ishlere-start-verdi.webp