KL: "Neftçi" tur axtarışında - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) komandası ilə üz-üzə gələcək. Stara Zaqoradakı "Beroe Siti" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş "Dinamo"nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
21:00. "Dinamo" (Minsk, Belarus) – "Neftçi"
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (hamısı Şimali İrlandiya)
Stadion: "Beroe Siti" (Stara Zaqora, Bolqarıstan)
İlk oyun: 4:2

https://qelebe.az//uploads/photo/kl-quotneftchiquot-tur-axtarishinda-yenilenir.webp