“Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq

“Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Türkiyənin “Fənərbaxça” klubu səfərdə Polşanın “Qornik Zabrze” ilə üz-üzə gəlib.

QELEBE.AZ xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

İlk oyunda minimal hesablı qələbə qazanan İstanbul təmsilçisi cütün qalibi olaraq növbəti mərhələyə vəsiqə qazanıb. “Sarı-lacivərdlilər” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək.