Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı

Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, qanalı hücumçu karyerasını Belçikada davam etdirəcək.

24 yaşlı futbolçu "Leuven" klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"ın formasını geyinirdi. Transfer dönəmində onun adı İtaliya, İspaniya və İngiltərə klubları ilə hallansa da, futbolçu karyerasını Belçikada davam etdirmək qərarına gəlib.