Diomandenin “Real”a transferi tamamlanır – 120 milyon avro
“Real Madrid” Yan Diomandenin transferini yekunlaşdırmağa hazırlaşır.
QELEBE.AZ xəbər verir ki, tərəflər arasındakı razılaşmanın məbləği 120 milyon avro olacaq.
İnsayder Fabritsio Romanonun məlumatına görə, klublar arasında sənədlərin mübadiləsi, futbolçunun Madridə səfəri və müqavilənin imzalanması da daxil olmaqla bütün rəsmi prosedurların gələn həftə həyata keçirilməsi planlaşdırılır.
“Real”ın prezidenti Florentino Peresin baş məşqçi Joze Mourinyonun israrla istədiyi futbolçunun transferi üçün bütün imkanları səfərbər etdiyi bildirilir.
Qeyd edək ki, PSJ yüksək maliyyə tələbləri səbəbindən Yan Diomandenin transferindən imtina edib.

https://qelebe.az//uploads/photo/diomandenin-reala-transferi-tamamlanir-120-milyon-avro.webp