Ansi Aqolli: "Qarabağ"da ən çox oyun keçirən əcnəbi futbolçu olmaq şərəfdir"

Ansi Aqolli: "Qarabağ"da ən çox oyun keçirən əcnəbi futbolçu olmaq şərəfdir"

"Qarabağ"ın heyətində ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün xüsusi şərəfdir".

"Report"un məlumatına görə, bunu Albaniya millisinin sabiq futbolçusu Ansi Aqolli "Qarabağ"dakı karyerası barədə "tribalfootball.com" saytına müsahibəsində deyib.

Veteran müdafiəçi bildirib ki, bu təcrübə onu futbola fərqli, daha yetkin baxmağa vadar edib: "Qarabağ"da oynamağın mənə çox köməyi dəydi. Orada çox şey öyrəndim. Həmişə komandam üçün əlimdən gələni etməyi, yoldaşlarıma köməklik göstərməyi düşünmüşəm. Bunu etsəniz, təbii ki, belə nailiyyətlər də gələcək".

O, karyerasındakı ən yaddalan anları və ən çətin oyunları da açıqlayıb: "Bunlardan birincisi, az büdcəyə baxmayaraq, 2017/2018 mövsümündə "Qarabağ"la bütün təsnifat mərhələlərini uğurla adladıqdan sonra Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağımız oldu. Ən çətin oyunlarımı millidə İspaniyaya, "Qarabağ"da isə 2010-cu ildə Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirmişəm".

Aqolli futbolçu vaxtı ən böyük arzusunun Almaniya Bundesliqasında oynamaq olduğunu söyləyib: "Amma "Qarabağ"a keçdikdən sonra Çempionlar Liqası və Avropa Liqasının qruplarında oynadım. Bəlkə də Almaniyaya getsəydim, bu baş verməzdi. Karyerama görə peşman deyiləm və gördüyüm işdən razıyam".

Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2010-2019-cu illərdə geyinib.

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb