Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

“Tanınmış, hörmətli jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. Təəssüf ki, cavan yaşında vəfat etdi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını söyləyib: “Nəticə çox önəmli idi. Sonlara doğru komandada həm fiziki, həm də psixoloji yorğunluq olur. Düşündüyümüz bəzi epizodlar alınmasa da, qələbə üçün futbolçular həddən artıq güc sərf etdilər. Son vaxtlar çox yaxşı formada olan rəqibə qarşı oynadıq. “Qəbələ”nin oyunçuları çox rahat çıxış edirlər. Bu baxımdan vacib 3 xal əldə etdik. Təəssüf ki, azarkeş həddən artıq az idi. Amma yenə də işimizə məsuliyyətlə yanaşmalıyıq”.

O, avrokuboklardakı mübarizədə fasilə yarandıqdan sonra komandanın məhsuldarlığının aşağı düşməsinə də münasibət bildirib: “Bəlkə təsadüf demək düzgün çıxmaz. Yorğunluqla bağlı vəziyyət get-gedə qaydasına düşür. Komandada bir ara yorğunluq var idi, amma indi hər şey yaxşıdır. Motivasiya baxımından fərq ola bilər. Avrokubok matçlarında 30 min azarkeşin önündə çıxış edirdik. Futbolu sevdirən, futbolçuları daha istəkli edən fanatlardır. Bunun təsiri ola bilər. Hansısa komandanın məhsuldarlığı bəzən yüksək, bəzən aşağı olur”.

Qurbanov qış fasiləsində heyətin gücləndirilməsi yönündə işlər aparıldığını da vurğulayıb.

Futbol
Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında növbəti medalçılar müəyyənləşib

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub

Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub