ÇSKA-nın baş məşqçisi: “Bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik”
“Qarabağ”ı yaxşı təhlil etmişik”.
Apasport.az xəbər verir ki, bunu ÇSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi mətbuat konfransında deyib.
Bolqarıstan təmsilçisinin çalışdırıcısı qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Matça yaxşı hazırlaşmaq imkanımız oldu. “Qarabağ”a qarşı uğurlu çıxış etmək istəyirik. Ölkə çempionatındakı oyundan sonra futbolçularımız bərpa olunublar. Bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik. Rəqibin ötən il Çempionlar Liqasındakı oyunlarını izləmişik. Onları yaxşı təhlil etmişik və buna uyğun mübarizə aparacağıq”.
Qeyd edək ki, “Qarabağ” – ÇSKA görüşü iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Sofiyada baş tutacaq.

https://qelebe.az//uploads/photo/chska-nin-bash-meshqchisi-butun-diqqetimizi-qarabagla-gorushe-yoneltmishik.webp