“Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
"Mançester Yunayted" 2026/2027 mövsümü üçün yeni səfər formasını ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, klub yeni formanın təqdimatını sosial şəbəkə hesablarında paylaşıb.

Adidas tərəfindən hazırlanan forma əsasən mavi rəngdədir. Dizaynda qırmızı zolaqlar və ağ elementlərdən istifadə olunub. Təqdimat fotosunda müdafiəçi Nusayr Mazraui, yarımmüdafiəçi Meyson Maunt, vinger Kobbi Maynu və hücumçu Matheus Kunya yer alıblar.
Klub paylaşımında "Səfərdə olsaq da, hər zaman birlikdəyik" ("Even away, we're always United") ifadəsindən istifadə edib.

https://qelebe.az//uploads/photo/qirmizi-sheytanlar-maviye-burundu-yeni-sefer-formasi-foto.webp