AL: “Qarabağ” və "Sabah"ın III mərhələdəki potensial rəqibləri - YENİLƏNİB
“Qarabağ” və “Sabah”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubuna məğlub olacağı halda, Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/al-qarabag-ve-quotsabahquotin-iii-merheledeki-potensial-reqibleri-yenilenib.webp