KL: "Neftçi"nin potensial rəqibi bəlli oldu - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
QELEBE.AZ xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Neftçi” növbəti mərhələyə yüksələcəyi təqdirdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın III təsnifat mərhələsinə vəsiqə qazanması üçün əvvəlcə II təsnifat mərhələsində Belarusun Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırması lazımdır.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” arasında ilk görüş iyulun 22-də Bakıda, cavab oyunu isə bir həftə sonra Bolqarıstanda keçiriləcək.

https://qelebe.az//uploads/photo/kl-quotneftchiquotnin-potensial-reqibi-belli-oldu-yenilenib.webp