Messi tarix yazdı - Dünya çempionatında daha iki rekord
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə oyunda növbəti rekordlara imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatında 30-cu matçına çıxaraq bunu bacaran ilk futbolçu olub.
Messi həmçinin mundiallarda ardıcıl 8-ci oyununda qol vurub. O, dünya çempionatları tarixində belə seriyaya imza atan ilk və yeganə futbolçu kimi tarixə düşüb.
Həmçinin vurduğu qol argentinalı ulduzun dünya çempionatlarındakı 20-ci qolu olub.

https://qelebe.az//uploads/photo/messi-tarix-yazdi-dunya-chempionatinda-daha-iki-rekord.webp