"Qarabağ" – "Gent": Qurbanovun sürprizləri, iflic olmuş rəqib – TƏHLİL

"Qarabağ" – "Gent": Qurbanovun sürprizləri, iflic olmuş rəqib – TƏHLİL

“Qarabağ” daha bir vacib oyunda qələbə qazandı.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçika təmsilçisi “Gent”lə üz-üzə gələn ağdamlılar minimalhesablı qələbə sayəsində növbəti raunda yüksəlmək yolunda inamlı addım atdı.

Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən, üstəlik əsas qapıçısı Şahruddin Məhəmmədəliyevi zədə səbəbindən itirən “Qarabağ”ın bu matçda müəyyən çətinliklərlə üzləşəcəyi gözlənilən idi.

Qurban Qurbanovun sürprizləri

Qarşılaşmadan əvvəl hər kəsi düşündürən ən önəmli sual qapıda kimin dayanacağı idi. Ölkə çempionatının ikinci dövrəsinin ilk görüşündə - “Turan Tovuz”la matçda gürcü legioner Luka Quqeşaşvili forma geyinmişdisə, sonrakı iki oyunda “çərçivə” gənc Amin Ramazanova həvalə edilmişdi. Daha vacib və belə demək mümkündürsə, həyati əhəmiyyət daşıyan avrokubok matçında yenidən Quqeşaşvilinin meydana çıxması təəccübə səbəb oldu. Təsadüfi deyil ki, qarşılaşmadan sonrakı mətbuat konfransında “Gent”in baş məşqçisi Heyn Vanhazebruk həmkarının bu qərarının onun üçün sürpriz olduğunu bildirdi. Belçikalı mütəxəssis oyunöncəsi təhlillərinə əsasən qapıda Ramazanovu gözlədiklərini etiraf etdi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun rəqibə hazırladığı sürpriz təkcə bundan ibarət deyildi. Belə ki, ağdamlılar sırf “Gent”lə oyun üçün uzun zamandır formalaşmış, ənənəvi oyun stilindən də imtina etmişdi. Adətən hücumlara qapıçı ilə başlayan, müdafiədən qısa paslarla tədricən rəqib yarımmeydançasına keçməyə çalışan “Qarabağ” bu dəfə daha çox uzun toplara üstünlük verirdi. İlk hissədə bütün, ikinci yarıda isə əksər hallarda qapıdan zərbələr birbaşa meydanın mərkəzinə doğru vurulurdu. Burada isə komandanın əsas tapşırığı “ikinci top” uğrunda mübarizədə qalib gəlib hücuma çıxmaq idi. Hadisələri qabaqlayaraq qeyd edim ki, oyundan sonra Qurban Qurbanov bəndənizin sualına cavab olaraq bildirdi ki, ənənəvi taktikalarından imtina etmələrinin səbəbi rəqibin aqressiv pressinqdən qaçmaq, topu mümkün qədər öz qapılarından uzaqda saxlamaq idi. İnsafən ilk hissədə müdafiə anlamında bu plan yaxşı işləsə də, hücum qurmaq baxımından müəyyən axsaqlıqlar nəzərə çarpırdı. Meydanın mərkəzində Marko Yankoviç, Leandro Andrade və Julio Romao “üçlüy”ü istər rəqib hücumlarının qarşısının alınması, istərsə də mərkəzdə çoxluq yaratmaq anlamında fəal nəzərə çarpsalar da, hücumun cinahları öz işinin öhdəsindən gəlməkdə çətinlik çəkirdi.

Ümumiyyətlə, matçın ən yaxşı oyunçusu kimi Marko Yankoviçi fərqləndirə bilərik. Monteneqrolu xavbek yeganə qolda assistent kimi çıxış etməklə yanaşı, hücumların qurulmasındakı fəallığı ilə fərqlənirdi. Təsadüfi deyil ki, UEFA-nın Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizədindən biri də məhz “Qarabağ”ın yarımmüdafiəçisidir.

Qışda “Krosnadar”a satılan Kadinin yoxluğunda xüsusilə sağ cinahdan hücumların kəskinliyi istənilən kimi deyildi. Belə olanda halda əsasən sol cinahdan hücumlar qurmağa çalışan “Qarabağ”da əsas iş Abdullah Zubirlə Elvin Cəfərquliyevin üzərinə düşürdü.

Amma matçın gedişatında Musa Qurbanlının yeni transfer Adama Diakabi ilə əvəzlənməsi, ikincinin sağ cinaha keçməsi fonunda Ramil Şeydayevin hücumun sivri ucuna yerləşməsi ilə “Qarabağ”ın hər iki qanadında balans yarandı. Artıq həm mərkəzdən, həm də sağlı-sollu cinahlardan hücuma çıxan ağdamlılar çox keçmədən ona lazım olan qolu da vurdu, əlavə qol imkanları da qazandı. Hərçənd, buna qədər Ramil Şeydayev penalti epizodundan fərqlənmək şansını boşa vermiş olsa da, ümumilikdə Qurban Qurbanovun oyuna müdaxiləsi qələbə üçün impuls yaratdı.

Cavab oyunu öncəsi vəziyyət

İlk oyundakı minimalhesablı qələbə turu keçmək adına önəmli nüans olsa da, mərhələnin taleyinin həll olunduğunu demək olmaz. Qarşıda Belçikada səfər oyunu var və “Gent” bütün gücü ilə, doğma azarkeş amilini də arxasına alaraq vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Heyn Vanhazebruk ilk matçda qarşılaşdığı sürprizlərdən təbii ki, nəticə çıxaracaq və bunlara qarşı müəyyən tədbirlər görəcək. Amma vurğulamaq lazımdır ki, hər halda “Qarabağ” da Belçikaya müdafiədə “yatıb”, hesabı qorumağa yollanmayacaq. Qurban Qurbanov özü də dəfələrlə vurğulayıb, biz də şahidi olmuşuq ki, “hoca” qarşılaşdığı rəqibi videogörüntülərdən daha çox meydanda qarşılaşdıqları ilk oyunda təhlil etməyi sevir. Dolayısı ilə əgər vizual təhlillərə əsasən rəqibi çözüb, ona uyğun addımlar atıb, oyununu iflic etmək mümkün olubsa, ilk matçdan sonra ümumiyyətlə, qarşı tərəfdə açılmamış sirr qalmamalıdır. İflic etmək deyəndə mübaliğəyə yol verdiyimizi düşünənlər üçün matçın statistik göstəricilərinə nəzər salmağı tövsiyə edirəm: “Gent” 90+8 dəqiqə ərzində “çərçivə”yə bir dəfə də dəqiq zərbə endirə bilməyib.

Yeni transferlərin komandaya adaptasiya prosesini, rəqibi tanımağı, daha rahat vəziyyətdə meydana çıxacağını nəzərə alaraq “Qarabağ”ın ikinci matçda da daha şanslı tərəf, mərhələni keçmək baxımından şansların ağdamlılardan yana olacağını düşünmək olar.

Yetər ki, hansısa həlledici məqamda individual səhvlərə yol verməsinlər.

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
İran millisinin qapıçısı üçün mundial başa çatıb

İran millisinin qapıçısı üçün mundial başa çatıb

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Futbol
"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

Futbol
"Formula 1": İki komanda maliyyə reqlamentini pozub

"Formula 1": İki komanda maliyyə reqlamentini pozub

Futbol
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub