"Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki Rəqibi bəlli oldu
"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə 25-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/quotneftchiquotnin-chempionlar-liqasinin-i-tesnifat-merhelesindeki-reqibi-belli-oldu.webp