DÇ-2026: 20 İLLİK HƏSRƏT BAŞA ÇATDI
Çexiya millisi dünya çempionatında 20 illik həsrətə son qoyub.
QELEBE.AZ xəbər verir ki, Avropa təmsilçisi DÇ-2026-nın A qrupunda Cənubi Koreyaya 1:2 hesabı ilə uduzub.
Buna baxmayaraq, Çexiya yığması üçün matç əlamətdar olub. Görüşün 59-cu dəqiqəsində Ladislav Kreyçi başla fərqlənərək komandasının dünya çempionatlarında 20 ildən sonra ilk qolunu vurub.
Çexiya sonuncu dəfə 2006-cı il iyunun 12-də mundialda qol sevinci yaşamışdı. Həmin vaxt komanda qrup mərhələsində ABŞ-ni 3:0 hesabı ilə məğlub etmişdi. Qolları Yan Koller və dubl edən Tomaş Rositski vurmuşdu.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Çexiya millisi növbəti oyununu iyunun 18-də Cənubi Afrika Respublikasına qarşı keçirəcək.

https://qelebe.az//uploads/photo/dch-2026-20-illik-hesret-basha-chatdi.webp