Konate "Real"la müqavilə imzaladı: 4 illik sözləşmə

Konate "Real"la müqavilə imzaladı: 4 illik sözləşmə

"Liverpul" və Fransa millisinin müdafiəçisi İbrahima Konate karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, o, "Real"la müqavilə imzalayıb.

Bu barədə "RMC Sport" nəşri məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı futbolçu 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşməyə qol çəkib.

Konate klub prezidenti Florentino Perezin seçki kampaniyasında vəd edilən transferlərdən biri idi. Müdafiəçi "Liverpul"dan azad agent kimi ayrılacaq.

Qeyd edək ki, Konate hazırda Fransa milli komandasının düşərgəsindədir.