Gecikmiş transferin pərdəarxası: "Pəncərə" bağlanıb, yoxsa yox? - AÇIQLAMA

Gecikmiş transferin pərdəarxası: "Pəncərə" bağlanıb, yoxsa yox? - AÇIQLAMA

Azərbaycanda qış "transfer pəncərəsi" bağlansa da, klublar heyətlərini yeni futbolçu ilə gücləndirirlər.

"Report"un məlumatına görə, son olaraq bu gün "Zirə" klubu İlkin Muradovun "Səbail"ə icarəyə verildiyini açıqlayıb.

Artıq transfer dönəminin bitməsindən 5 gün ötdüyünü nəzərə alsaq, bu keçidin nə qədər qanunauyğun olduğu şübhə yaradıb.

Peşəkar Futbol Liqasının (PFL) texniki direktoru Elgiz Abbasov "Report"a açıqlamasında məsələyə aydınlıq gətirib.

PFL rəsmisi paytaxt təmsilçilərinin sənədləşməni fevralın 9-dan əvvəl həyata keçirmək ehtimalının olduğunu diqqətə çatdırıb: "Əsas odur ki, oyunçu ayın 9-dan sonra keçmiş komandasında oynamasın və ya adı protokolda olmasın. İlkin Muradov son olaraq "Zirə"də ayın 5-də meydana çıxıb. Həmin vaxt transfer dövrü bitməmişdi. Klublar arasında razılaşma 6-7-8 və ya 9 fevralda olubsa və müqavilə həmin tarixlərdə bağlanıbsa, keçidin bu gün açıqlanmasında hansısa problem yoxdur. "Səbail" futbolçunu PFL-də qeydiyyata sala bilər".

Transfer edən tərəfin - "Səbail"in baş meneceri Zamiq Hüseynov isə Azərbaycan Premyer Liqasının XXII turunda "Zirə" ilə üz-üzə gəldikləri üçün bu keçidi açıqlamadıqlarını söyləyib: "Qarşı tərəflə hər şey razılaşdırılmışdı. Klublar arasındakı anlaşmaya əsasən, transferin görüşdən sonra açıqlanmasını istədik. Bütün sənəd məsələləri fevralın 9-dan əvvəl həll edilmişdi. Matçdan əvvəl söz-söhbətin olmasını istəmədik və təqdimatı bilərəkdən gecikdirdik".

Oyunçunun keçidini bu gün açıqlayan "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə də məsələnin daha əvvəl həll edildiyini söyləyib: "İlkin Muradov ayın 12-də "Səbail"lə oyunda iştirak etməyib. Hətta futbolçunun adı iştirak ərizəsinə də salınmayıb. Sənədlərdə də hər şey qaydasındadır".

Qeyd edək ki, Azərbaycanda qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edir.

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"