Çimərlik voleybolu üzrə turnir keçiriləcək - Azərbaycanda ilk dəfə

Çimərlik voleybolu üzrə turnir keçiriləcək - Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mayın 23-də baş tutacaq yarışda 10 kişi və 12 qadın komandası çempionluq uğrunda mübarizə aparacaq.

Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.