"Benfika" Mourinyonun əvəzedicisini tapdı
“Benfika” adı “Real Madrid”lə hallanan baş məşqçisi Joze Mourinyonun əvəzedicisini müəyyənləşdirib.
QELEBE.AZ xəbər verir ki, Portuqaliya klubu bu vəzifəyə Markus Silvanı gətirmək niyyətindədir.
Bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.
Mənbənin iddiasına görə, hazırda “Fulhem”ə rəhbərlik edən və müqaviləsi bu ayın sonunda başa çatacaq portuqaliyalı mütəxəssis həmin posta əsas namizəd hesab olunur.
Qeyd edək ki, 48 yaşlı məşqçi karyerası ərzində “Eştoril”, “Sportinq”, “Hull Siti”, “Uotford” və “Everton” kimi klublarda çalışıb.

https://qelebe.az//uploads/photo/quotbenfikaquot-mourinyonun-evezedicisini-tapdi.webp