Mövsümün son turunun oyun cədvəli açıqlanıb

Mövsümün son turunun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqasında XXXIII turun oyun cədvəli müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

21 may (cümə axşamı)

“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:30

22 may (cümə)

“Turan Tovuz” – “Sabah”
“Bank Respublika Arena”, 17:00

“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

23 may (şənbə)

“Kəpəz” – “Neftçi”   
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Zirə”
“SOCAR Polymer Arena”, 19:00 

24 may (bazar)

“İmişli” – “Karvan Yevlax” 
Quba OİK stadionu, 16:00

Qeyd: Klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə "Kəpəz" - "Neftçi" və "Turan Tovuz" - "Sabah" oyunlarının məkanlarında dəyişiklik edilib.