Premyer Liqa: “Qarabağ” “Sabah”la qollu heç-heçə edib

Premyer Liqa: “Qarabağ” “Sabah”la qollu heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün sonuncu matçında “Qarabağ” “Sabah”ı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 15-ci dəqiqədə “köhlən atlar”ın heyətində Musa Qurbanlı hesabı açıb.

32-ci dəqiqədə qonaqların bombardiri Coy Lens Mikels zədələndiyi üçün Kristian Sebalyosla əvəzlənib. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “bayquşlar”ın bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 58-ə çatdıran Ağdam təmsilçisi liderdir. “Sabah” 53 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə “Turan Tovuz” “Kəpəz”i iki cavabsız qolla üstələyib. XXII turun Qəbələdə keçirilən açılış oyununda yerli komanda “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşıb. Tura fevralın 12-də keçiriləcək “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları ilə yekun vurulacaq.

18:10

“Sabah”ın futbolçusu Coy Lens Mikels zədələnib.

“Report”un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”a qarşı keçirdikləri Premyer Liqanın XXII tur matçında xəsarət alıb.

Almaniyalı oyunçunu 32-ci dəqiqədə Kristian Sebalyos əvəzləyib.

Qeyd edək ki, “Qarabağ” hazırda 1:0 hesabı ilə öndədir. Coy Lens Mikels cari mövsüm çempionatda 12 qol vurmaqla "Sabah"ın ən məhsuldar oyunçusudur.

17:04

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qarabağ” - “Sabah” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

“Report”un məlumatına görə, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Acınızı paylaşırıq. Sizinləyik, qardaş Türkiyə!”, - bannerdəki yazıda qeyd edilib.

16:05

Azərbaycan Premyer Liqasının XXII turunda üz-üzə gələcək “Qarabağ” və “Sabah”ın start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzia, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb