Millimiz Belarus yığmasına qalib gəlib

Millimiz Belarus yığmasına qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib. 

QELEBE.AZ xəbər verir ki, komandamız yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.