“Sumqayıt”la sabiq məşqçisi Elnur Çodarov arasındakı CAS məhkəməsinin ilk iclası olub

“Sumqayıt”la sabiq məşqçisi Elnur Çodarov arasındakı CAS məhkəməsinin ilk iclası olub

“Sumqayıt” klubu və sabiq məşqçisi Elnur Çodarov arasında Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) ilk iclas keçirilib.

Bu barədə “QELEBE.AZ”a 42 yaşlı mütəxəssis məlumat verib.

O bildirib ki, dünən günorta saatlarında onlayn şəkildə baş tutan iclas 3 saat davam edib: “CAS hər iki tərəfə qulaq asdı. Ancaq heç bir qərara gəlmədi. Qanuna əsasən, yekun qərar bundan sonra maksimum 4 ay ərzində verilməlidir. Bu bir ay da çəkə bilər, dörd ay da. Dedilər ki, hər iki tərəfin təqdim etdiyi sənədlər yenidən araşdırılacaq və ondan sonra yekun söz deyiləcək. Yəqin ki, nəticəni elektron məktub vasitəsilə göndərəcəklər”.

Hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçiliyini edən Çodarov işinə ingiltərəli vəkillərin baxmasının səbəbini də izah edib. Mütəxəssis həmin vəkillərin CAS tərəfindən seçildiyini söyləyib: “Vəkil tutmaq üçün xərc çəkməlisən. Ancaq CAS-da belə bir bənd var ki, bunu qarşılamaq imkanı olmayanlara havayı vəkil təklif olunur. Əgər əlavə pul vermək gücündə olmadığını əsaslandıra bilsən, CAS bu öhdəliyi öz üzərinə götürür. Mənim maddi durumumu da götür-qoy etdikdən sonra işimi aparmaq üçün iki vəkil ayırdılar”.

E. Çodarov məhkəmədən qalib ayrılsa, 4 aylıq maaşı ilə yanaşı, əlavə xərcləri də “Sumqayıt” klubu tərəfindən qarşılanacaq: “Tələbim 4 aylıq maaşımın verilməsidir. Həmçinin, əlavə pul ödəmişəm. CAS-a müraciət eləmək əlavə xərc tələb edir. Tərcüməçi pulu, sənədlərin tərcümə olunması, yığılması üçün vəsait lazımdır. Əgər məhkəməni udsam, “Sumqayıt” 4 aylıq maaşımla bərabər, bu pulu da ödəyəcək”.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”da istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Futbol
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib